BLOQA GERİ DÖN

Təlim iştirakçılarının təlim haqda fikirləri

Mehriban Həsənova
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri

Hər bir insan sevdiyi işlə məşğul olmaq istəyir. Bu iş ona pul qazandırırsa, lap əla. Böhran dövründə sosial şəbəkələrin bizə yaratdığı imkanlardan istifadə etmək üçün mütləq maariflənməliyik. Yaxşı sosial media mütəxəssisi olmaq üçün məlumatlı olmaq vacibdir. Orxan Rzayevin təlimlərindən faydalandım, ən əsas da Facebook reklamları sahəsində bilmədiklərimi öyrəndim. Gəlin sizə məsləhət verim, yaxşı pul qazanmaq istəyirsinizsə, mütləq təlimlərə gedin, oxuyun, öyrənin. Orxan paxıl deyil, bildiyi hər şeyi öyrədir. İndiki zamanda qardaş qardaşa bunu eləmir.

Rasif Dünyamalı

"Education Management Network", "Bagcam.az" və "Master Pre-School Proqramı"nın rəhbəri

Sosial Media Marketinqi müasir biznesin əsas alətlərindən biridir və doğru istifadə edildikdə müsbət nəticələr əldə edilir. Müasir alətlər yenilikləri öyrənən, yenilikləri qəbul edən və yenilikləri tətbiq edən insanlar tərəfindən təqdim edildiyi zaman daha effektiv öyrənilir. Orxan Rzayevin tədris etdiyi SMM Təlimində iştirak zamanı təlimçinin öyrənən, araşdıran və paylaşan xarakteri öyrənmə imkanını hər zaman dəstəklədi. Orxan hər gün bir yenilik prinsipi ilə təlimə yanaşdı və iştirakçılara maksimum məlumat çatdırmağa çalışdı. Bunun sayəsində hər kəsin bildiyini iddia etdiyi SMM sahəsində bildiklərimiz strukturlaşdı, ardıcıllıq qazandı və faydalı olmağa başladı.

Vəfa Rüstəmova

Fins.az, sosial media meneceri

Təəssüf ki, Azərbaycanda SMM üzrə tədris verən təhsil ocağı yoxdur. Heç də hər şirkət öz çalışanını xarici treninqlərə göndərə, həmçinin heç də hər SMM üzrə ixtisaslaşmaq istəyən şəxs özünə xaricdə və ya online SMM təlimlərini rəva bilmir. ​Böhrandan maksimum fayda ilə çıxmağa niyyətlənən ağıllı şirkət​ rəhbərləri​​​ isə öz brendinin imicini sosial şəbəkələrdə daha doğru təbliğ edən, müştərilərlə düzgün kommunikasiya quran, şirkətin sosial media reklam büdcəsini daha bacarıqla idarə edən birilərinin axtarışındadır. ​ Şəxsi təcrübəmdən deyirəm ki, Orxanın təlimləri mənə çox böyük təcrübə qazandırdı. Mənim üçün önəmli olan məqamlardan biri də təlimlər əsnasında tanıdığım dostlarım, kolleqalarım oldu.